Qubada yol qəzası - Ölən və yaralılar var

 17:58 22.10.2023     342

Quba-Qəçrəş avtomobil yolunda ağır yol qəzası baş verib, iki nəfər ölüb, iki nəfər isə xəsarət alıb.

Redaktor.az xəbər verir ki, "VAZ-2107" və “İnfinity” markalı minik avtomobillərinin toqquşması nəticəsində Rzayev İlkin Şahin oğlu və 1994-cü il təvəllüdlü Salmanov Sübhan Şəhriyar oğlu ölüb.

1999-cu il təvəllüdlü Heydərov Arif Ramil oğlu və 1995-ci il təvəllüdlü Sultanov Yaşar Vladislav oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırma aparılır.