Şəmkirdə 2 azyaşlı bacı kimyəvi məhluldan zəhərləndi

 19:24 22.10.2023     420

Şəmkir rayonunda valideynlərinin nəzarətindən yayınan 2 azyaşlı uşaq kimyəvi məhluldan içiblər.

Redaktor.az xəbər verir ki, 2021-ci il təvəllüdlü bacılar yaşadıqları evdə yuyucu kimyəvi məhlul içiblər.

Hər iki uşaq zəhərlənib və yaxınları tərəfindən xəstəxanaya çatdırılıblar.

Onlara lazımi tibbi yardım göstərilib, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır (report).

Vumart və Güvən reklamı Vumart Güvən