Şair Balayar Sadiq insult keçirdi

 21:26 22.10.2023     330

“Vətəndaş Əliyev Balayar Sadiqoğlu huşsuz vəziyyətdə 22.10.2023-cü il tarixində Təcili Tibbi Yardım avtomobili ilə TƏBİB-in tabeliyində Kliniki Tibbi Mərkəzə gətirilib”.

Bu barədə Redaktor.az-a TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, o, Kliniki Tibbi Mərkəzə gətirildikdən sonra kompüter tomoqrafiyası edilib:

“Həkimlərin müayinəsinə əsasən ona işemik insult diaqnozu qoyulub. Nitqində problem yaranıb. Hazırda o reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti orta-ağır qiymətləndirilir”.