Su anbarında batan balıqçının meyiti tapıldı

 14:39 23.10.2023     522

Mingəçevir su anbarında batan balıqçının meyiti tapılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

FHN-in “112” qaynar telefon xəttinə 1972-ci il təvəllüdlü Bayramov Sərdar Saleh oğlunun Mingəçevir şəhəri yaxınlığında Mingəçevir su anbarında balıq tutmaq üçün qayıqla çıxaraq geri qayıtmaması barədə məlumat daxil olub və dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən axtarış işlərinə başlanılıb, Nazirliyin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya təyyarəsi də axtarış tədbirlərinə cəlb olunub.

Aparılan axtarış işləri nəticəsində S.Bayramovun meyiti sahildən təqribən 5km aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Vumart və Güvən reklamı Vumart Güvən