Qubada marşrut avtobusu qəzaya düşdü, yeddi nəfər yaralandı

 20:29 23.10.2023     247

Qubada mikroavtobusun minik avtomobili ilə toqquşması nəticəsində yeddi nəfər yaralanıb.

Redaktor.az xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

"VAZ 2106" markalı minik avtomobili ilə Quba - Zərdabi marşrutu üzrə işləyən "Mercedes" markalı mikroavtobusun toqquşması nəticəsində 7 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Onlar Quba Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib, hazırda tibbi yardım göstərilir. Qəzanın başvermə səbəbləri araşdırılır. (apa)