Manatlıq taksi ağır qəza TÖRƏTDİ - Ölən var

 12:26 24.10.2023     254

Bu gün səhər saatlarında Bakıda ağır qəza baş verib.

Redaktor.az xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, qəza Sabunçu rayonu Pirşağı-Mədəmmədi yolunda qeyd alınıb.

Məlumatda bildirilir ki, manatlıq taksilərin sərnişin götürmək üçün "qovma şousu" onlardan birinin qarşı yola çıxması ilə nətilənib. Nəticədə manatlıq taksi ilə qarşıdan gələn avtomobil bir-birinə çırpılıb.

Şahidlərin dediyinə görə, iki minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər hadisə yerində dünyasını dəyişib.(Trend)