Qızılağac Milli Parkında qanunsuz balıq ovlayan şəxs saxlanıldı

 12:38 24.10.2023     237

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən birgə nəzarət tədbirləri zamanı Qızılağac Milli Parkının Kiçik Qızılağac körfəzi adlanan ərazisində qanunsuz balıq ovlayan şəxs saxlanılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən məlumat verilib.

Bildirilib ki, sözgedən şəxsdən ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

Faktla bağlı qanun pozucusu barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.