Sumqayıt sakinində əl qumbarası aşkarlandı

 09:07 25.10.2023     259

Sumqayıt sakinində əl qumbarası aşkar edilib.

Redaktor.az xəbər verir ki, polis əməkdaşları Hacı Zeynalabdin qəsəbəsində 1990-cı il təvəllüdlü  Emin Nadir oğlu Məmmədovun üzərindən bir ədəd istifadəyə yararlı “F-1” əl qumbarasının gövdəsi və bir ədəd əl qumbarasına məxsus “UZRQM” tipli partlayıcı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.