Nənə azyaşlı nəvələrini küçəyə atdı - FOTO

 10:40 25.10.2023     308

Gəncə şəhərində bir gündə iki uşaq küçəyə atılıb.

Redaktor.az xəbər verir ki, uşaqlar bacı və qardaşdırlar.

Uşaqlardan biri 4 aylıq körpə qızdır. Digəri isə 3 yaşlı oğlan uşağıdır.

Həmin uşaqlar şəhərin mərkəzində tapılaraq Gəncə Şəhər Uşaq Xəstəxanasına gətirilib. Onlara zəruri tibbi xidmətlər göstərilib.

Uşaqların qəyyumu olan nənə əvvəlcə dörd aylıq körpəni, sonra isə onun qardaşını Gəncə Şəhər İcra Hakimiyyətinin binasının qarşısına qoyduğu məlum olub.