33 yaşlı kişi evində tanımadığı şəxslər tərəfindən bıçaqlandı

 23:49 25.10.2023     346

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Redaktor.az "APA"ya istinadən xəbər verir ki, hadisə Gülüstan qəsəbəsində qeydə alınıb.

1990-cı il təvəllüdlü Elşad Nağıyev bıçaqlanma diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, E.Nağıyev yaşadığı evdə tanımadığı bir neçə nəfər tərəfində bıçaqlanıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.