Göbələkdən iki nəfər ZƏHƏRLƏNDİ

 10:05 27.10.2023     235

Goranboy rayonunun Erkəc kəndində 2 nəfər qidadan zəhərlənib.

Redaktor.az-ın məlumatına görə, Goranboy rayon sakinləri - 1996-cı il təvəllüdlü N.Məmmədov və 2003-cü il təvəllüdlü S.Həsənalıyeva yaşadıqları evdə qidadan zəhərləniblər.

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.

Zərərçəkmişlərin yaxınlarının bildirdiyinə görə, onlar göbələk yedikdən sonra vəziyyətləri pisləşib.

Faktla bağlı araşdırma aparılır.