Sumqayıtda yaşayış evinə silahlı hücum - Ölənlər var

 09:00 28.10.2023     739

Sumqayıtda fərdi yaşayış evinə silahlı hücum olub.

Redaktor.az xəbər verir ki, DİN MX-dən bildirilib ki, araşdırma gedir. 

Hadisə 16 mikrorayonda yerləşən Corat bağları adlı yaşayış massivində baş verib.

Evə silahlı hücum zamanı ailənin 2 üzvü öldürülüb, yaralılar var.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım briqadası cəlb olunub.