Silahlı hücumda xəsarət alanların vəziyyəti AÇIQLANDI - YENİLƏNİB

 11:52 28.10.2023     806

Sumqayıt şəhərinin 16-cı mikrorayonunda baş verən hadisə ilə əlaqədar saat 06:05 radələrindən başlayaraq 4 nəfər müxtəlif növ bədən xəsarətləri ilə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına gətiriliblər.

Redaktor.az xəbər verir ki, Sumqayıt Tibb Mərkəzi İctimaiyyətlə əlaqələr bölməsindən verilən məlumata görə, onlardan Türkiyə vətəndaşı 1985-ci il təvəllüdlü Sərkan Karakaş əməliyyat olunub, vəziyyəti ağır olaraq qiymətləndirilir.

1960-cı il təvəllüdlü Tərlan Fərəcova, 1958-ci il təvəllüdlü Mehman Sarıyev Reanimasiya şöbəsinə yerləşdiriliblər və əməliyyat olunublar. Vəziyyətləri kafi qiymətləndirilir.

1990-cı il təvəllüdlü Etibar Sarıyev isə Travmatologiya şöbəsində müalicə alır. Vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, şəhərin 16-cı mikrorayon ərazisində, Corat bağları yaşayış massivində fərdi yaşayış evinə silahlı hücum zamanı 2 nəfər - Susana Karakaş və Dağbəyi Fərəcova ölüb, 4 nəfər isə xəsarət alıb. Belə ki, hadisə zamanı Tərlan Fərəcova, Serkan Karakaş, daha sonra isə hadisə yerinə gələn qonşular - Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıb.

***

09:20

Sumqayıtda iki nəfərin ölümünə səbəb olan silahlı basqının bəzi təfərrüatı üzə çıxıb.

Redaktor.az xəbər verir ki, şəhərin 16-cı mikrorayon ərazisində, Corat bağları yaşayış massivində fərdi yaşayış evinə silahlı hücum zamanı Fərəcov Dağbəyi və onun qızı Karakaş Suzana öldürülüb, Fərəcov Tərlan və Türkiyə vətəndaşı Karakaş Serkan yaralanıb.

Ailənin qızları Yağmur və Cansu hücum zamanı zərər çəkməyiblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, klinikaya hadisədən zərər çəkən 4 nəfər daxil olub: 1958-ci il təvəllüdlü Sarıyev Mehman Mahmud oğlu, 1990-cı il təvəllüdlü Sarıyev Etibar Mahmud oğlu, 1960-cı il təvəllüdlü Fərəcova Tərlan Qulu qızı və Sərkan Karakaş adlı Türkiyə vətəndaşı. Onlara lazımı tibbi yardım göstərilir, vəziyyətləri ağıq olaraq qalır.(Trend)

Sumqayıtda evə silahlı hücumda ölən və yaralananların ADLARI BİLİNDİ (FOTO)

Sumqayıtda evə silahlı hücumda ölən və yaralananların ADLARI BİLİNDİ (FOTO)