Mingəçevirdə kişi boğazından bıçaqlandı

 10:59 28.10.2023     222

Oktyabrın 27-də Mingəçevir şəhəri ərazisində bıçaqlanma hadisəsi olub.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, İmişli rayon sakini, 70 yaşlı Əli Abbasəliyev aralarında yaranan mübahisə zamanı 1957-ci il təvəllüdlü Nazim Rəhimovun boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, N.Rəhimova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Ə.Abbasəliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.