Bakıda oğru evdən 15 min dollar və qızıl apardı
Bakıda evdən 15 000 dollar və 5000 dollarlıq qızıl-zinət əşyaları oğurlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Xətai Rayon Polis İdarəsi 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki mənzillərin birindən 15.000 ABŞ dolları və 5000 dollar dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan qadın müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.