Şəkidə minik avtomobili traktorla toqquşdu, ölən var

 22:18 28.10.2023     443

Şəki rayonunun Aşağı Küngüt kəndi ərazisində minik avtomobili traktorla toqquşub, ölən var.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Redaktor.az-a bildirilib ki, oktyabrın 28-də saat 18 radələrində 1965-ci il təvəllüdlü Vahabov Əsgər Əfkər oğlunun idarə etdiyi traktorla Əhmədov Sahib Məmməd oğlunun idarə etdiyi “Ford” markalı avtomobil toqquşub.

Hadisə nəticəsində traktorun sürücüsü Ə.Vahabov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.