Bakı sakinini avtomobil vurdu
Bakının Nəsimi rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.
Redaktor.az "APA"ya istinadən xəbər verir ki, yol qəzası Azadlıq prospektində qeydə alınıb.
1988-ci il təvəllüdlü Rəşad Seyidov yolun əks tərəfinə keçərkən onu minik avtomobili vurub.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.