Sumqayıtda 15 yaşlı oğlan itkin düşdü

 09:24 29.10.2023     339

Sumqayıt şəhərində 15 yaşlı yeniyetmə oğlan itkin düşüb.

Redaktor.az xəbər verir ki, hadisə şəhərin Xəzər bağları yaşayış massivində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 2008-ci il təvəllüdlü Bayramov Zamiq Zahid oğlu 27 oktyabr tarixində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı polisə məlumat verilib.