Bakıda iki “Toyota” toqquşdu - 5 yaralı var

 12:45 29.10.2023     340

Ötən gecə Bakı şəhər Bayıl qəsəbəsi ərazisində ağır yol qəzası baş verib.

Redaktor.az xəbər verir ki, Su İdman Sarayının qarşısındakı dairədə-Əhəd Yaqubov küçəsi ilə və Salyan şosesinin kəsişməsində 10 KP 100 dövlət qeydiyyat nişanlı “Toyota Camry” ilə “Toyota” markalı digər avtomobil toqquşub.

Nəticədə 5 nəfər ağır xəsarət alıb. Ayaqları qırılaraq sıxılmış vəziyyətdə maşında qalan qadını FHN-in xilasediciləri maşından çıxarılıblar.

Qeyd edək ki, hadisənin baş verdiyi yerdə tez-tez qəzalar olur. Bildirilir ki, bu ərazidə hərəkətin təşkilində dəyişiklik edilməsinə ehtiyac var (qafqazinfo).