Gəncədə 17 yaşlı oğlanı maşın vurdu, vəziyyəti ağırdır

 20:21 29.10.2023     378

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Redaktor.az "APA"ya istinadən xəbər verir ki, hadisə Əziz Əliyev prospektində qeydə alınıb.

Hərəkətdə olan "Toyota Camry" markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən 2006-cı il təvəllüdlü E. Namazovu vurub.

Piyada xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.