Ordubadda yol-nəqliyyat hadisəsi baş verdi, bir nəfər öldü

 23:36 29.10.2023     462

Ordubad rayonunda yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb.

Redaktor.az "report"a istinadən xəbər verir ki, hadisə rayonun Dəstə kəndi ərazisində qeydə alınıb.

Belə ki, avtomobilin həyətyanı sahənin divarına çırpılması nəticəsində sürücü, 1985-ci il təvəllüdlü Hüseynov Həsən Hüseyn oğlu dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.