Azərbaycanda tələbə ürəktutmadan vəfat etdi

 17:00 30.10.2023     440

UNEC-in tələbəsi qəfil dünyasını dəyişib.

Redaktor.az xəbər verir ki, bu barədə “Azərbaycan Universitetləri” səhifəsi məlumat yayıb.

Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin idarə edilməsi ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Elmin Rzayev ürəktutmadan vəfat edib.