Göygöldə qəza nəticəsində xəsarət alanlar var

 19:22 30.10.2023     378

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə rayonun girişində qeydə alınıb.

Hərəkətdə olan VAZ 21011 və “Mercedes-Benz” markalı minik maşınlarının toqquşması nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. (report)