Mingəçevirdə avtomobil aşdı, xəsarət alan var

 21:32 30.10.2023     294

Mingəçevirdə avtomobilin aşması nəticəsində sürücü xəsarət alıb.

Redaktor.az "APA"ya istinadən xəbər verir ki, hadisə şəhərin Müslüm Maqomayev küçəsində qeydə alınıb.

99-OS-865 dövlət qeydiyyat nişanlı "KİA Sorento" markalı avtomobilin sürücüsü Vidadi Şükürlünün idarəetməni itirməsi nəticəsində avtomobil aşıb. Hadisə nəticəsində sürücü ağır xəsarət alaraq Mingəçevir şəhər mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.