Abşeronda iki Pakistan vətəndaşı bıçaqlandı

 22:00 30.10.2023     313

Abşeronda iki Pakistan vətəndaşı bıçaqlanıb.

Redaktor.az "report"a istinadən xəbər verir ki, hadisə rayonun Masazır qəsəbəsində qeydə alınıb.

Belə ki, naməlum şəxs və ya şəxslər iki Pakistan vətəndaşına yaşadıqları mənzildə bıçaq zərbələri endiriblər.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.