Bakıda parklanan avtomobilin nömrəsini belə oğurladılar - VİDEO

 11:23 31.10.2023     264

Bakıda həyətdə parklanan avtomobilə qeyri-adi şəkildə ziyan vurulub.

Redaktor.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Qeyd edilib ki, hadisə gecə saatlarında paytaxtın Xətai rayonu ərazisində, metronun “Əhmədli”  stansiyasının yaxınlığındakı həyətlərdən birində baş verib.

Belə ki, naməlum şəxs həyətdə parklanmış avtomobilə yaxınlaşıb, onun dövlət qeydiyyat nişanını sökərək, özü ilə götürüb. Daha sonra həmin şəxs avtomobilinə minərək, ərazidən uzaqlaşıb.

Görüntüləri təqdim edirik: