Ucarda 2 avtomobil toqquşdu, xəsarət alan var

 20:42 31.10.2023     356

Ucarda 2 ağırtonajlı yük avtomobili toqquşub.

Redaktor.az "APA"ya istinadən xəbər verir ki, hadisə bu gün Bakı-Qazax magistral yolunun rayonun Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb.

Gəncə istiqamətində hərəkətdə olan 2 yük avtomobilinin toqquşması nəticəsində bir nəfər müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, zərərçəkənin vəziyyəti ağır olduğundan hələlik şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Qəza nəticəsində magistral yolda hərəkət qismən məhdudlaşdırılıb. Faktla bağlı araşdırma aparılır.