Tovuzda yol-nəqliyyat hadisəsi oldu, xəsarət alanlar var

 21:14 31.10.2023     286

Tovuz rayonunun Əyyublu kəndində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Redaktor.az xəbər verir ki, qəzada xəsarət almış 3 nəfər xəstəxanaya çatdırılıb.

Onların kimlikləri müəyyənləşdirilir, hadisənin təfərrüatları hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır (report).