Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın BAŞLADI

 19:39 01.11.2023     345

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb.

Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində yerləşən çoxmərtəbəli yaşayış binasının zirzəmisində yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.