36 yaşlı kişi yolda öldürüldü

 19:49 02.11.2023     322

Noyabrın 2-də 1987-ci il təvəllüdlü Samir Alxasovun qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Rayon prokurorluğundan Redaktor.az-a verilən məlumata görə, həyata keçirilən kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində 1969-cu il təvəllüdlü Oruc Nəsrullayevin noyabrın 01-də saat 17 radələrində  Xaçmaz rayonu, Xudat şəhəri ərazisində, avtomobil yolunun kənarında aralarında yaranmış mübahisə zamanı tanışı Samir Alxasovu bıçaqla xəsarət yetirərək qəsdən  öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Oruc Nəsrullayev prokurorluğun qərarı ilə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.