Azərbaycanlı ailə Rusiyadan deportasiya olunur - Uşaqları məktəbdə dalaşıb

 21:44 02.11.2023     301

Azərbaycanlı miqrant ailə Rusiyadan deportasiya olunacaq.

Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Belə ki, Nijni Novqorodda yaşayan miqrant ailənin 8-ci sinifdə oxuyan övladı məktəbdə başqa uşağı döyüb.

Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, hadisə sentyabrın ortalarında baş verib.

Miqrasiya qanunlarını pozan həmin ailə barəsində övladları ilə birlikdə ölkə əraizisindən çıxma haqqında qərar qəbul olunub.

Azərbaycanlı ailə deportasiya olunmaq üçün Əcnəbilərin Müvəqqəti Saxlama Mərkəzinə yerləşdirilib (qafqazinfo).