Başağrı adı ilə dərsdən çıxan məktəbli itkin düşdü
Gəncədə və Qazaxda yeniyetmə qızlar itkin düşüb.
Redaktor.az xəbər verir ki, Gəncə şəhər sakini S.Eyyubova polisə müraciət edərək qızı 2007-ci il təvəllüdlü N.Əhmədovanın (soyadlar şərtidir) noyabrın 1-də yaşadığı evdən çıxıb naməlum istiqamətdə gedərək itkin düşdüyünü bildirib.
Bundan başqa, 2010-cu il təvəllüdlü, Qazax şəhərində yerləşən məktəblərdən birinin yeddinci sinif şagirdi olan qız noyabrın 2-də oxuduğu məktəbdə sinif rəhbərindən baş ağrısının olması səbəbindən yaşadığı evə getmək adı ilə icazə alıb. Lakin o, dərsdən çıxıb gedərək evə qayıtmayıb.
Faktlarla bağlı araşdırmalar aparılır.