Balakəndə avtomobil traktora çırpıldı, ölən və xəsarət alan var

 22:30 03.11.2023     323

Balakəndə avtomobil və traktorun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsində 1 nəfər ölüb, digəri xəsarət alıb.

Redaktor.az "report"a istinadən xəbər verir ki, Balakən rayonunun Katex kəndi ərazisində Şaban Çalabovun idarə etdiyi “Mitsubishi” markalı avtomobil yolun kənarında dayanan traktorun qoşqusuna çırpılıb.

Nəticədə minik avtomobilindəki sərnişin, 1955-ci il təvəllüdlü Çalabov Əli Şaban oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər sərnişini 1958-ci il təvəllüdlü Çalabov Rəcəb Şaban oğlu xəsarət alıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb.