Gəncədə piyadanı avtomobil vuraraq öldürdü

 19:38 05.11.2023     373

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Redaktor.az xəbər verir ki, yolu qarşı tərəfə keçmək istəyən piyadanı avtomobil vurub.

Yol-nəqliyyat hadisəsi nəticəsində hələ ki kimliyi məlum olmayan piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır (report).