Bakının mərkəzində təhlükəli manevrlər edən sürücü tutuldu

 12:19 06.11.2023     295

Bakıda “Toyota Prius” markalı avtomobillə təhlükəli manevrlər edən sürücü tutulub.

Redaktor.az xəbər verir ki, Nəsimi rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə rayon ərazisində “Toyota Prius” markalı avtomobillə digər hərəkət iştirakçıları üçün təhlükəli manevrlər edən şəxsin Balakən rayon Meşəşumbul kənd sakini, 2002-ci il təvəllüdlü S.Ramazanov (şərti) olması müəyyən edilib.

Polis əməkdaşları onu saxlayaraq 21-ci Polis Bölməsinə aparıblar. Bu zaman 21 yaşlı sürücü müqavimət göstərib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələri ilə protokol tərtib edilib. Saxlanılan sürücü Nəsimi rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə ona bir ay inzibati həbs cəzası təyin edilib.

Qeyd edək ki, GL* dövlət qeydiyyat nişanlı “Toyota Prius”un təhlükəli manevrlər edərək insanların həyatını təhlükəyə atmasını göstərən video sosial şəbəkələrdə yayılmışdı.

Görüntü yayılandan sonra polis hərəkət keçib.