Oğuzda 59 yaşlı kişini ilan sancdı

 23:17 06.11.2023     330

Oğuzda təsərrüfat işləri ilə məşğul olan 59 yaşlı kişini ilan sancıb.

Redaktor.az "APA"ya istinadən xəbər verir ki, hadisə rayonun Bucaq kəndində baş verib.

Kənd sakini Rəfail Rəcəb oğlu Rəşidov ilnasancması diaqnozu ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Daha sonra müayinə və müalicəsini davam etdirmək üçün o, Şəki RMX-a göndərilib.