Qızının qətlinə görə atası saxlanıldı
Bu gün saat 4 radələrində Masallı rayonu Birinci Yeddioymaq kəndində evlərin birində qətl hadisəsi baş verib.
Redaktor.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 1996-cı il təvəllüdlü Fətullayeva Salatın Hüseyin qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının atası 1969-cü il təvəllüdlü Şükürov Hüseyin Qurban oğlu saxlanılıb. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.
Hazırda faktla bağlı araşdırma aparılır.