Türkiyə vətəndaşlarının olduğu maşın Beyləqanda kanala aşdı
Beyləqanda içində Türkiyə vətəndaşlarının olduğu avtomobil qəzaya uğrayıb.
Redaktor.az xəbər verir ki, hadisə dünən saat 07 radələrində qeydə alınıb. Türkiyə vətəndaşı, 1973-cü il təvəllüdlü Murad Kavaklının idarə etdiyi "Mitsubishi L 200" markalı avtomobil Daşburun-Yuxarı Qarabağ yolunda idarəetmədən çıxaraq yeni tikilən beton su kanalına aşıb.
Nəticədə sürücü ilə yanaşı, digər Türkiyə vətəndaşı 1968-ci il təvəllüdlü Kamal Çelik, 1995-ci il təvəllüdlü Əmrə Bakıçı və Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü Emin Məmmədov xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.