Samuxda ana və oğlu BIÇAQLANDI

 19:58 07.11.2023     382

Samux rayonu Çobanabdallı kəndində ana və oğlu bıçaq xəsarətləri alıb.

Redaktor.az "report"a istinadən xəbər verir ki,mübahisə zəminində bıçaq xəsarətləri alan 2001-ci il təvəllüdlü Ayxan Nəbiyev və onun anası 1980-ci il təvəllüdlü A.Nəbiyeva xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs də döyülərək müxtəlif bədən xəsarətləri alıb və həmin şəxs də xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən