İmişli rayonunda avtomobil velosipedlə toqquşdu, ölən var

 23:41 08.11.2023     445

İmişli rayonunda avtomobil və velosipedin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində bir nəfər ölüb.

Redaktor.az "report"a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Hacıqabul-Horadiz-Mincivan avtomobil yolunun rayonun Qaragüvəndikli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, kənd sakini 2005-ci il təvəllüdlü Gülmalıyev İsmayıl Ağabala oğlu velosipedlə hərəkətdə olarkən “KİA” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində veslosipedçi aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən