Avtomobil eyni anda iki qadını vurdu - FOTO

 12:38 09.11.2023     261

Paytaxtda avtomobil eyni anda iki qadını vurub.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, Bakının Binəqədi rayonu, Abay küçəsində yolu keçən 2 qadını “Hyundai Sonata” markalı avtomobil vurub.

Qəza zamanı idarəetmədən çıxan "Hyundai Sonata" yoldan kənarda dayanan "Hyundai Tucson" markalı avtomobilə çırpılıb.

Hadisə yerinə təcili yardım avtomobilləri cəlb olunub. Hər iki piyada müxtəlif xəsarətlər alıb.