Samuxda qətl hadisəsi

 17:39 09.11.2023     342

Samux rayonunda qətl hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə bu gün saat 16:20 radələrində rayonun Burunqovaq kəndi ərazisində olub.

1986-cı il təvəllüdlü Abbasov Muraz Rəhim oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. 

DİN-in mətbuat xidmətinin regional qrupundan saytımıza bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən həmin kənd sakini 2001-ci il təvəllüdlü Çələbiyev Eltac Xuday oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.