Metroda 70 yaşlı sərnişin vəfat etdi
Bu gün səhər "Bakı Metropoliteni" QSC-nin "Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə xəttə çıxan qatarın maşinisti saat 6:06-da sərnişinin halının pisləşməsi barədə dispetçer mərkəzinə məlumat verib.
Redaktor.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, dərhal təcili tibbi yardım xidməti dəvət edilməklə sərnişin "Neftçilər" stansiyasında düşürüldükdən sonra dünyasını dəyişib. Tibbi personal 70 yaş civarında olan sərnişinin vəfat etməsi faktını təsdiqləyib.
Allah rəhmət eləsin!