Astarada tibb bacısı evində qətlə yetirildi

 17:35 10.11.2023     441

Astara rayonun Kakalos kəndində qətl hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, təqaüddə olan tibb bacısı Zeynəb Məmmədova evində qətlə yetirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.