Astarada qadının qətlinə görə 3 nəfər tutuldu

 12:22 11.11.2023     407

Dünən Astaranın Kakalos kənd sakini, 1946-cı il təvəllüdlü Məmmədova Zeynəb Əziz qızının qətlə yetirilməsi ilə bağlı 3 nəfər tutulub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Redaktor.az-a bildirilib ki, polisin keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Astara rayon sakinləri - 1983-cü il təvəllüdlü Məmmədov Elmir Ətrafil oğlu, 1986-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Əkbərov Vüsal Zaid oğlu və Şəmkir rayon sakini, 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Süleymanov Bəhruz Rəşid oğlu saxlanılıblar.

Araşdırma aparılır.