Saatlı sakininin üzərinə ağac aşaraq belini sındırdı

 09:12 12.11.2023     532

Saatlı rayonunda bədbəxt hadisə zamanı 53 yaşlı kişi ağır xəsarət alıb.

Redaktor.az "report"a istinadən xəbər verir ki, 1970-ci il təvəllüdlü Zeynalov Tofiq Əliheydər oğlunun üzərini ağac aşıb.

Yaralı ağır vəziyyətdə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub.