Bakı sakini bıçaqlandı

 09:49 12.11.2023     904

Bakının Xətai rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

Redaktor.az "APA"ya istinadən xəbər verir ki, hadisə Babək Plazanın yaxınlığında qeydə alınıb.

Belə ki, 1975-ci il təvəllüdlü İsayev Tofiq Zabit oğlu dava zamanı bıçaqlanıb.

Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktı Xətai Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.