Mingəçevirdə usta sinəsinə mismar batması nəticəsində öldü
Mingəçevirdə 42 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
Redaktor.az xəbər verir ki, Ağdaş rayon sakini, 1981-ci il təvəllüdlü Yusifov Elman Yusif oğlu Mingəçevir şəhəri Tərəvəzçilik sovxozu adlanan ərazidə yerləşən evlərin birində usta işləyib. Çalışdığı zaman ehtiyatsızlıqdan sinəsinə mismar batıb. Usta xəstəxanaya yerləşdirilsə də, orada ölüb.
Araşdırma aparılır (apa).