Gəncədə dəm qazından zəhərlənmə ilə bağlı TƏBİB-dən AÇIQLAMA

 10:57 13.11.2023     362

12.11.2023-cü il tarixində saat 23:02 radələrindən başlayaraq Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxanaya dəm qazından zəhərlənmə səbəbilə 5 nəfər yerləşdirilib.

Redaktor.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

"Onlara zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş hesab olunan şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - deyə əlavə edilib.

Xatırladaq ki, Gəncədə bir ailənin beş üzvü dəm qazından zəhərlənib.