Naftalanda avtomobillə qadını vurub qaçan sürücü saxlanıldı

 10:20 14.11.2023     194

Naftalan şəhər sakini, 1981-ci il təvəllüdlü S.İmaninin ölümünə səbəb olan sürücü saxlanılıb.

Redaktor.az xəbər verir ki, Polis Şöbəsinə naməlum avtomobil tərəfindən piyadanın vurulması, onun aldığı xəsarətlərdən hadisə yerində ölməsi ilə bağlı məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə qəzanı törədərək hadisə yerindən qaçan sürücü saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, Naftalan şəhər sakini M.Hüseynov tanışına məxsus avtomobillə yol-nəqliyyat hadisəsi törətdikdən sonra hadisə yerindən qaçıb, daha sonra avtomobili təmir edərək cinayət izlərini itirməyə çalışıb.

Faktla bağlı Naftalan ŞPŞ-də araşdırmalar davam etdirilir (report).